Xolesterinin səviyyəsini aşağı salır! - Tıxanmış damarları anında açan qida

  • 2024.03.29 16:16
  • 834 Baxış
Xolesterinin səviyyəsini aşağı salır! -  Tıxanmış damarları anında açan qida
Yüksək xolesterin səviyyələri ürək sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərdiyi və ürək-damar xəstəlikləri riskini artırdığı üçün böyük təhlükə hesab edilir.

Bir çox amil xolesterin səviyyəsinə təsir göstərsə də, bəziləri tamamilə bizim nəzarətimizdən kənardadır (məsələn, genetika). Ancaq xoşbəxtlikdən xolesterinlə mübarizə üçün düzgün qidaları seçmək öz əlimizdədir.

Gündəlik yeməklərinizə ürək üçün sağlam qidaların daxil edilməsi pis xolesterinin (LDL) aşağı salınmasında və yaxşı xolesterinin (HDL) artırılmasında mühüm rol oynaya bilər. Beləliklə, ümumi ürək sağlamlığınızı yaxşılaşdırıb, ürək xəstəlikləri riskinizi azalda bilərsiniz.

Medicina.az bu baxımdan ən təsirli qidaları təqdim edir:


Paxlalılar

"Nutrients" jurnalında dərc edilən məqalə göstərir ki, ½ fincan paxlalı qida istehlakı ağ düyü kimi təmizlənmiş taxıllarla müqayisədə 10% daha çox lif, maqnezium, mis və kalium təmin edir. Amerika Ürək Assosiasiyası da daxil olmaqla, aparıcı səhiyyə təşkilatları ürək xəstəliyi, yüksək qan təzyiqi və yüksək xolesterin riskini azaltmaq üçün daha çox paxlalı bitki yeməyi tövsiyə edir.


Göbələk

Xüsusilə özünəməxsus dadı və qida dəyəri ilə tanınan göbələklər xolesterin səviyyəsinin idarə olunmasında da mühüm rol oynayır. Onların tərkibində beta-qlükanlar və xitin kimi güclü birləşmələrin qarışığı var ki, bu da pis xolesterolu (LDL) aşağı salmaqla yanaşı, yaxşı xolesterolu (HDL) yüksəldir.

“American Journal of Medicine” jurnalında nəşr edilmiş analizə görə, yeddi tədqiqatın qiymətləndirilməsindən sonra nəticələr göbələk yeməyin xolesterin səviyyələrinə müsbət təsir etdiyini göstərib.


Gavalı qurusu

Quru gavalı ürək sağlamlığını dəstəkləyən lif mənbəyidir. Yaşlı insanlarda müntəzəm gavalı istehlakı ilə xolesterin səviyyəsinin yaxşılaşması arasında əlaqə olduğunu göstərən bəzi araşdırmalar var. Xüsusilə, 55 yaşdan yuxarı kişilərdə gavalı istehlakı HDL səviyyələrinin yaxşılaşması ilə əlaqələndirilir. Qadınlarda isə gündə 4-6 ədəd quru gavalı yemək HDL səviyyələrində yaxşılaşma və iltihab markerlərinin (TNF-α) azalması ilə əlaqələndirilib.


Yulaf

Yulaf göbələklərin də ehtiva etdiyi, xolesterin azaldan güclü bir maddə olan beta-qlükanla zəngindir. Yulaf istehlak edildikdə, beta-qlükan bağırsaqda gelə bənzər bir maddə əmələ gətirir, xolesterinlə zəngin öd turşularına bağlanır və onların qana sovrulmasının qarşısını alır. Bu proses LDL və ya "pis" xolesterin səviyyələrini aşağı salmaqla yanaşı, ümumi həzm sağlamlığına da kömək edir. Buna görə də, gündəlik pəhrizinizə yulafın daxil edilməsi xolesterin səviyyəsini idarə etmək, ürək-damar xəstəlikləri riskini azaltmaq üçün təbii bir yol ola bilər.

Tədqiqatlar göstərir ki, yulaf istehlakı ümumi və LDL xolesterin səviyyələrində orta hesabla, müvafiq olaraq 5% və 7% azalma ilə əlaqələndirilir.


Avokado

Artıq çəkidən əziyyət çəkən 45 yetkin insanın az yağlı və orta yağlı pəhrizlərinə gündə bir ədəd avokado əlavə edilib. Tədqiqatçılar qeyd ediblər ki, bundan sonra qanda antioksidant səviyyələri artıb və kiçik, sıx LDL-xolesterin səviyyələrinin oksidləşməsi azalıb.


Sarımsaq

Tədqiqatlar göstərir ki, sarımsaq xolesterin səviyyəsini orta dərəcədə azaldır. Bunun qaraciyərdə xolesterol istehsalına mane olan, xüsusilə də LDL (pis) xolesterini azaldan sarımsaqdakı birləşmələrlə əlaqədar olduğu güman edilir. Sarımsaqdakı allisin kimi aktiv birləşmələr də bu təsirlərdən məsuldur. Ürək sağlamlığı üçün sarımsaq mütləq tövsiyə olunur.


Arpa

Qədim sivilizasiyalara aid ən qədim taxıllardan biri sayılan arpa çörəkdən şorbaya və salatlara qədər müxtəlif reseptlərdə istifadə olunur. Arpa lif, vitamin və mineralların mühüm mənbəyidir. Xüsusilə ürək sağlamlığı, həzm və balanslı qidalanma üçün faydalıdır.

“Annals of Family Medicine”də 2009-cu ildə nəşr edilən araşdırmaya görə, bir neçə həftə arpa istehlak etdikdən sonra LDL, trigliseridlər və ümumi xolesterin əhəmiyyətli dərəcədə azalır.


Alma

Alma xüsusilə yüksək həll olunan lif tərkibinə görə xolesterini azaldır. Həll olunan lif həzm prosesində su ilə birləşərək xolesterolu tutan və onun qana udulmasının qarşısını alan gelə bənzər bir maddə əmələ gətirir. Bundan əlavə, almada qan təzyiqini aşağı salmaqla və iltihabı azaltmaqla ürək sağlamlığını yaxşılaşdırmaqda rol oynayan polifenollar var.

“American Journal of Clinical Nutrition”da dərc edilən bir araşdırma, 8 həftə ərzində gündə 2 ədəd alma istehlak edən insanların LDL xolesterinində azalma olduğunu göstərib.


Qaragilə

Bu giləmeyvə yüksək həll olunan lif və antioksidant tərkibi sayəsində xolesterol səviyyəsini aşağı salır. Qaragilədəki həll olunan lif qanda LDL xolesterinin miqdarını azaltmağa kömək edir. Bundan əlavə, qaragiləyə canlı rəng verən güclü antioksidantların, xüsusən də antosiyaninlərin xolesterolun oksidləşməsinin və damar divarlarında yığılmasının qarşısını aldığı sübut olunub.
Bu ikili təsir qaragiləni ürək sağlamlığını yaxşılaşdırmaq və ürək-damar xəstəlikləri riskini azaltmaq üçün ən mühüm qidalardan birinə çevirir.


Aysel