Xoruldayan kişilər qadınların 4 ilini oğurlayır - Araşdırma

  • 2026.06.29 22:32
  • 222 Baxış
 Xoruldayan kişilər qadınların 4 ilini oğurlayır -  Araşdırma

İngiltərədə aparılan bir araşdırmaya görə, bir qadın həyat yoldaşının xoruldaması səbəbindən həyatı boyu təxminən 4 il yuxusuzluq yaşayır.

Medicina.az xəbər verir ki, müasir dünyanın xroniki problemlərindən birinə çevrilən yuxusuzluğa bir çox amillər səbəb ola bilər.

Bunlardan biri yanınızdakı insanın və ya tərəfdaşınızın xoruldamasına məruz qalmaqdır...

Yaxşı bir gecə yuxusunun əsas düşməni olan xoruldama artıq yalnız ətraf mühiti narahat etmir, həm də həyati əhəmiyyət kəsb edir.

Bir insanın gecə boyu xoruldaması digər insanın dəfələrlə oyanmasına səbəb olur.



Bu, səhərlər yorğunluq, yuxusuzluq və narahatlığa səbəb olur.

İngiltərədə aparılan bir araşdırma göstərib ki, bir qadın ərinin xorultusu səbəbindən həyatı boyu təxminən dörd il yuxusuzluq yaşayıb.


Ümumiyyətlə kişilərdə və artıq çəkili insanlarda müşahidə olunan xorultu yalnız xoruldayan şəxsə deyil, xüsusən də həyat yoldaşına mənfi təsir göstərir.

Xoruldayan şəxslə eyni mühiti paylaşanlar xroniki yorğunluq, diqqətin cəmlənməsi problemləri, zəifləmiş immunitet sistemi və uzunmüddətli perspektivdə stress və narahatlıq kimi ruhi sağlamlıq problemləri ilə qarşılaşa bilərlər.

Aygün
Medicina.az