Xoşbəxt olmağın sadə qaydası – Psixoloqdan

  • 2024.03.27 18:32
  • 386 Baxış
Xoşbəxt olmağın sadə qaydası  – Psixoloqdan

Həyatı anlamlı etmək, xoşbəxtliyi dadmaq üçün insana 2 vasitə lazımdır.


“Medicina” xəbər verir ki, psixoloq Yekaterina İtonina məqsədli olmağın yollarını açıqlayıb.


“Xoşbəxtlik həzzini yalnız məqsəd və hədəflər verir.

Məqsəd istənilən ola bilər. təhsil, kurs, evi yığışdırmaqdan tutmuş idmana kimi.

Qarşıya məqsəd qoyub, ona çatmaq hər kəs üçün əlçatandır, lazımdır və çox böyük həzz gətirir.

İstənilən qələbəni şirin edən ona doğru gedilən yoldur.

Əziyyətinin bəhrəsini görmək insanı yaşamağa həvəsləndirir.

BMT tərəfindən bu il dünyanın ən xoşbəxt ölkəsi Finlandiya elan olunub.
Artıq 7 ildir ki, bu ölkə titulu qoruyur.

2-ci yerdə Danimarka, 3-cü yerdə İslandiya gəlir.
Sonuncu yerdə Əfqanıstan gəlir.

Əgər bir insan qarşısına heç bir məqsəd qoymaq belə istəmirsə, o zaman xroniki və gizli depressiyadan şübhələnmək olar və mütləq müalicə lazımdır”.


Aygün Musayeva