Xoşqədəm Baxşəliyevanın ata-anası xərçəngdən sağaldı

  • 2022.12.23 17:38
  • 1222 Baxış
Xoşqədəm Baxşəliyevanın  ata-anası xərçəngdən sağaldı
Əməkdar jurnalist Xoşqədəm Baxşəliyeva valideynlərinin onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

Medicina.az xəbər verir ki, bu barədə o, aparıcısı olduğu “Səni axtarıram” verilişində danışıb. Baxşəliyeva deyib ki, ata-anasını ölkəmizdə müalicə etdirərək sağalıb:

“İmkanım var idi ki, onları xaricə aparım. Mən Milli Onkologiya Mərkəzinə inandım. Nə yaxşı ki, onlara inandım. Dünən analizləri görəndə evimizdə toy-bayram idi. 85 yaşlı anam-atam bu xəstəliyə həkimlərimizin sayəsində qalib gəldi”.