Həkim deyib 1 aya... - Tacir Şahmalıoğlundan açıqlama

  • 2026.10.07 15:26
  • 124 Baxış
Həkim deyib 1 aya...  - Tacir Şahmalıoğlundan açıqlama


Ötən ay öd kisəsində əməliyyat olunan müğənni Tacir Şahmalıoğlu vəziyyətindən danışıb.

Medicina.az xəbər verir ki, o, İstanbuldan qayıdandan sonra güclü ağrılarının başladığını deyib.

"Müayinələr etdirdim və məlum oldu ki, ödüm partlayıb. Məni halsız, bu vəziyyətə salan o imiş. Gecikdirmişdik, amma zəhərlənmə olmadı. İndi oxuyanda görürəm ki, tənginəfəs oluram. Həkim deyir ki, bir aya normal olacaqsan. Hələ 10 gündür əməliyyatdan çıxmışam".

Medicina.az