Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər.
Medicina.az xəbər verir ki, təxminən 100.000 qadından ibarət bir qrupu üzərində işləyən tədqiqatçılar, daha yüksək səviyyədə E-rəqəmləri istehlak edənlərin ürək və ya damar xəstəliklərindən əziyyət çəkmə ehtimalının yüksək olduğunu müəyyən edib.
Tədqiqatda emulqatorlar (E-rəqəm qrupuna daxil olan) olan yüksək dərəcədə emal olunmuş qidaların istehlakı ilə ürək-damar xəstəlikləri (CVD) arasındakı əlaqə araşdırılıb.
Bəzi emulqatorlar, bişmiş məhsullar, tortlar, dondurma, desertlər, şokolad, çörək, marqarin və hazır yeməklər kimi emal olunmuş qidalarda teksturasını, dadını və görünüşünü yaxşılaşdırmaq, eləcə də raf ömrünü uzatmaq üçün "hər yerdə" istifadə olunur:
Emal olunmuş qidalar sağlamlığa zərərli olsa da, daha səmərəli istehsal oluna bildikləri sağlam variantlardan daha əlverişlidir. Emulsiyalaşdırıcı E-rəqəmləri minlərlə qidada istifadə olunur və bu da onların sağlamlığa təsirini çox əhəmiyyətli edir".
Bunlara sellülozalar, yağ turşularının mono- və diqliseridləri, modifikasiya olunmuş nişastalar, lesitinlər, qırmızı dəniz yosunundan əldə edilən və qidaları qatılaşdırmaq üçün istifadə edilən karragenanlar - fosfatlar, saqqızlar və pektinlər daxildir.
Onların təhlükəsizliyi müntəzəm olaraq qiymətləndirilir.
"Son tədqiqatlar göstərir ki, emulsifikatorlar bağırsaq bakteriyalarını poza və iltihabı artıra bilər, potensial olaraq insanları ürək-damar problemlərinə daha çox həssas edə bilər".
Alimlərin 7 illik orta müşahidəsindən sonra tədqiqat qrupu ümumi sellüloza (E460-E468), sellüloza (E460) və karboksimetilsellüloza (E466) qəbulunun ürək-damar xəstəlikləri və xüsusilə koronar ürək xəstəliyi riskini artırdığını müəyyən edib.
Yağ turşularının monoqliseridlərinin və diqliseridlərinin (E471 və E472) daha yüksək qəbulu da tədqiq edilən bütün nəticələrin daha yüksək riski ilə əlaqələndirildi.
Trisodium fosfatın (E339) yüksək qəbulu da koronar ürək xəstəliyi riskinin artması ilə əlaqələndirilirdi. Lakin, tədqiq edilən digər emulsifikatorlarla hər hansı ürək-damar nəticələri arasında heç bir dəlil tapılmadı.
Aygün Musayeva