Gənc nəsildə xərçəng halları artacaq - Dəhşətli araşdırma

  • 2026.10.07 15:56
  • 301 Baxış
Gənc nəsildə xərçəng halları artacaq  - Dəhşətli araşdırma


Ümumdünya Xərçəng Tədqiqatları Fondunun apardığı genişmiqyaslı araşdırma 50 yaşdan aşağı şəxslər arasında yeddi xərçəng növünə yoluxma hallarının kəskin artdığını üzə çıxarıb.

Medicina.az xəbər verir ki, 2001-ci ildən bəri gənclərdə prostat xərçənginə tutulma halı dörd dəfə çoxalaraq hər 100 min nəfərə 1-dən 3.6-ya çatıb.

Bağırsaq xərçəngi 3.9-dan 8.4-ə yüksəlib, uşaqlıq yolu və böyrək xərçəngi isə ikiqat artıb. Döş xərçəngində nisbətən az artım qeydə alınıb - 42-dən 47.5-ə kimi qalxıb....

ABŞ-də 50 yaşdan aşağı insanlarda böyrək xərçəngi iki dəfə, Niderlandda isə bağırsaq, böyrək, qaraciyər və uşaqlıq yolu xərçəngi xəstəlikləri çoxalıb. Belfastda yerləşən Kuins Universitetinin professoru Mark Louler mövcud vəziyyəti "saatlı bomba" adlandırıb.

Onun sözlərinə görə, minlərlə insanın ölümünə səbəb olan həyat tərzi amilləri fonunda bu ümumi tendensiya qorxuludur. Ekspertlər artımı piylənmə, qeyri-sağlam qidalanma, spirtli içki, siqaret çəkmə və ətraf mühitin çirklənməsi ilə əlaqələndirirlər. Onkoloji xəstəliklərin təxminən 40%-i bu kimi risk amillərindən qaynaqlanır.