Astmanın inteqrativ müalicəsi: 10 illik astma xəstəsi bu metodla xəstəliyindən xilas oldu

  • 2026.10.07 16:29
  • 66 Baxış
Astmanın inteqrativ müalicəsi:  10 illik astma xəstəsi bu metodla xəstəliyindən xilas oldu

Uzun illər astma tutmaları və tənəffüs problemləri yaşayan pasiyent inteqrativ müalicədən sonra astmadan xilas oldu.

Medicina.az xəbər verir ki, Fatimə xanım təxminən 10 il astma ilə mübarizə aparıb. Müxtəlif müalicələr alsa da, şikayətləri davam edib. O, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edib və bundan sonra inteqrativ yanaşma əsasında fərdi müalicə proqramına başlanılıb.

Pasiyentin sözlərinə görə, müalicə prosesindən sonra astma tutmaları nəzarət altına alınıb, ümumi vəziyyəti və həyat keyfiyyəti yaxşılaşıb.

İnteqrativ tibb yanaşmasında pasiyentin şikayətləri ilə yanaşı, həyat tərzi və fərdi xüsusiyyətləri də nəzərə alınaraq kompleks müalicə proqramının hazırlanması nəzərdə tutulur. Bu yanaşma çərçivəsində əsasən biotənzimləyici preparatlardan istifadə edilir.

İnteqrativ Tibb mütəxəssislərinin sözlərinə görə, astma zamanı yalnız tənəffüs yollarının deyil, pasiyentin ümumi sağlamlıq vəziyyətinin də qiymətləndirilməsi müalicənin effektivliyində əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, astma xroniki tənəffüs yolu xəstəliyidir. Əsas əlamətləri arasında təngnəfəslik, öskürək və xırıltılı nəfəsalma yer alır.

10 illik astma xəstəliyindən xilas olan Fatimə xanımın hekayəsini və təəssüratlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.