Norveçdə aparılan yeni bir araşdırma, hər gün orta hesabla 78 dəqiqədən çox yeriyən şəxslərdə xroniki bel ağrısının əhəmiyyətli dərəcədə azaldığını sübut edib. Və bu gəzintilərin sürətli olması lazım deyil; yavaş gəzmək də kifayətdir.
“Medicina” xəbər verir ki, bel ağrısı bütün dünyada əlilliyin əsas səbəblərindən biri hesab olunur.
Norveç Elm və Texnologiya Universitetinin tədqiqatçıları 11 000-dən çox böyüklərin sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılar budlarına və bellərinə taxılan akselerometrlərlə gün ərzində nə qədər məsafəni və hansı sürətlə getdiklərini bir həftə ərzində izləyiblər.
78 ilə 100 dəqiqə arasında yeriyənlərin xroniki bel ağrısı riski gündə 78 dəqiqədən az yeriyənlərə nisbətən 13 faiz azdır.
Gündə 100 dəqiqədən çox gəzənlər üçün bu nisbət 23%-ə yüksəlir.
Tədqiqatın aparıcı müəllifi, sağlamlıq alimi Rayane Haddadj deyib:
"Nəticələrimiz göstərir ki, bel ağrısı riskini azaltmaq üçün gündəlik yerimə vaxtı gəzinti sürətindən daha vacibdir".
Bununla belə, gəzinti təkcə bel ağrılarının qarşısını almır; o, həmçinin beyin sağlamlığını dəstəkləyir, ürək xəstəliyi riskini azaldır, yaradıcılığı artırır və ömrünü uzadır.
Aygün Musayeva