Xroniki bronxitin alman metodu ilə müalicəsi

  • 2023.06.15 12:36
  • 3778 Baxış
Xroniki bronxitin alman metodu ilə müalicəsi
Xroniki bronxit (XB)- patoloji proses olub, bronxların selikli qişasının geridönməyən, regenerasiya olmayan ultrastruktur zədələnməsidir. Bu zaman selikaltı qatda sklerotik dəyişikliklər baş verir, bunlar özünü daimi fizikal və rentgenoloji dəyişikliklərlə göstərir.

Əsas kriteriyaları:

Davamlı öskürək, ağciyərlər üzərində daimi yaş xırıltılar (1 ildə 3 ay və daha çox), başlanğıcda 2 il müddətində ildə 2-3 kəskinləşmə.Uşaqlar arasında çox azdır, əsasən böyüklərdə olur.


"Medicina" xəbər verir ki, xroniki bronxitin əsas yaranma səbəbləri, bronxların selikli qişasının müxtəlif pollutantlarla- atmosfer havasının tərkibində olan zərərli maddələrlə (kimyəvi, bioloji və s.) uzunmüddətli qıcıqlanması nəticəsində əmələ gəlir.

Atmosfer havasında olan zərərli maddələrə-adətən sənaye tullantıları aid edilir. Bu baxımdan XB ekopatologiya da hesab olunur. Siqaretçəkmə, narkomaniya, toksikomaniya xroniki bronxitə səbəb olur. Hətta passiv siqaretçəkmə də xroniki bronxitə səbəb olur. Yeniyetmələr arasında XB rast gələn zaman bunlar mütləq nəzərə alınmalıdır.

Bu amillərin təsiri nəticəsində bronxlarda mukosiliar klirensin pozulması, yerli immunitetin azalması, hüceyrə membranının destabilizasiyası baş verir ki, bu da iltihabi prosesin xronikləşməsinə səbəb olur.

XB zamanı bronx selikli qişasında vəzilərin hipersekresiyası və bəlğəmli öskürək baş verir. Həmçinin, kimyəvi hiperhəssaslıq, psevdoallergiya, II-li immundefisit baş verir.Tosqun hüceyrələrin membranının qeyri-stabilliyi və ağciyər makrofaqlarının funksiyasının pozulması, psevdoallergiyanın əsas patogenetik həlqəsidir, hansı ki, biogen aminlərin qeyri-immun azad olmasına və yalançı allergiyaya səbəb olur. Digər tərəfdən çirkli atmosfer mühiti bronxlarda eozinofil mənşəli iltihaba və bu da bronxial astmanın inkişafına səbəb ola bilir.


XB-in əsas simptomu bəlğəmlə və ya bəlğəmsiz müşahidə olunan davamlı öskürəkdir. Pasiyentlər çox vaxt döş qəfəsində ağrı, pis yuxu, öskürək tutmaları, fitverici tənəffüsdən şikayətlənirlər. Diaqnozu dəqiqləşdirmək üçün bronxoskopiya edilir.


Müalicə zamanı XB -i yaradan səbəblərdən: aktiv və passiv siqaretçəkmə, narkomaniya, toksikomaniyadan, isidicilərdə yandırılan neft məhsullarından mümkün qədər uzaqlaşmaq lazımdır. Kəskinləşmə dövründə antibiotiklər, bəlğəmgətiricilər, postural drenaj və ağciyər köklərinə UVÇ edilir. Pasiyent dispanser müşahidə də olmalı, infeksiya ocaqları sanasiya olunmalı, aerozolterapiya, klimatoterapiya, sanator müalicə və müalicəvi bədən tərbiyəsi təyin olunmalıdır.


Həmçinin, orqanizmin müdafiə mexanizmlərinin aktivləşdirilməsi və immunmodulyator effektin alınması olduqca vacibdir. Bu məqsədlə Biotənzimləyici terapiya əvəzedilməzdir. Biotənzimləyici terapiyada istifadə olunan preparatlar Almaniya istehsalıdır, yüksək texnologiya ilə hazırlanıb, çox kiçik dozalardadır, orqanizmi idarə edən bioloji aktiv maddələrin miqdarındadır. Əlavə təsiri və əks göstərişi yoxdur.

Echinacea compositum tab (antimikrob təsir göstərir, iltihabı aradan qaldırır, immun sistemi modulə edir)
Galium-Heel damcı (orqanizmi toksinlərdən azad edir, immun sistemi modulə edir, detoksikasiya orqanlarının funksiyasını yaxşılaşdırır )

Tartephedreel damcı(bronxların iltihabını, spazmını aradan qaldırır və bəlğəmi yumşaldır, xaric olmasını asanlaşdırır, öskürək əleyhinə təsir edir)

Aygün Musayeva