Xurma suyunun 5 faydası – Necə hazırlamalı?

  • 2019.12.30 15:15
  • 11701 Baxış
Xurma suyunun 5 faydası –  Necə hazırlamalı?

Xurma cənnət meyvəsi kimi Quranda adı çəkilən, bir çox peyğəmbərlərin sevimli qidasıdır. Xurmanı yeməkdən əlavə onun suyunu da hazırlayıb içmək çox faydalıdır.


Medicina.az xurma suyunun hazırlanmasını və faydalarını təqdim edir.

İlk olaraq qadınlarda bəlli yaşdan sonra sıx rast gəlinən əl, ayaq, bilək, topuq şişməsi, ödem, oynaqlara su yığılmasına qarşıdır. Bədəndə artıq maye toplanması suyun hüceyrənin kənarına sızıb toxumalar arasına toplanmasıdır.
Bədəndə artıq maye toplanması, ödem böyrək, ürək, qaraciyər kimi orqanların xəstəlikləri zamanı baş verir.

Xurma suyu məhz hüceyrədən toxumalara yığılan suyun bədəndən qovulmasına və bu orqanlara düşün yükün azalmasına səbəb olur.

Qadınlarda aybaşı dönəmində şişkinlik, ödem və ağrıya da müsbət təsir edir.
Xurma suyu həmçinin arıqladır.

Necə hazırlayıb içməli?

Gecə yatmazdan qabaq bir stəkan suyun içinə bir ədəd xurma qoyun və səhərə qədər saxlayın.

Səhər oyanan kimi həm suyu içir, həm də xurmanı yeyirsiz.
Bu su bağırsaqlarda hərəkətliliyi artırır.