Ya TƏBİB, ya da Səhiyyə nazirliyi ləğv edilməlidir- Millət vəkili

  • 2021.10.15 15:07
  • 1217 Baxış
Ya TƏBİB, ya da Səhiyyə nazirliyi ləğv edilməlidir - Millət vəkili

“Ölkədə uğursuz qərarlardan biri TƏBİB-in yaradılmasıdır. Ya bu qurum Səhiyyə Nazirliyinin tərkibinə verilməli, ya da nazirlik ləğv olunmalıdır”.

Medicina.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, ikibaşlı idarəetmə özünü doğrultmur: “Niyə səhiyyə qurumlarının rəhbərləri özlərində güc tapıb icbari tibbi sığorta sahəsində olan problemlərlə bağlı Prezidentə müraciət etmirlər? Bu sahədə bizə xaricdən mütəxəssislər lazımdır. Onlar Prezidentə məruzə etsinlər ki, bacarmırlar. İcbari tibbi sığorta ilə bağlı problemləri aradan qaldırmaq üçün xaricdən mütəxəssislər dəvət edilməlidir. Səhiyyə sahəsində də yanlış qərarlar olur”.


Əhliman Əmiraslanov deputata cavab olaraq bildirib ki, icbari tibbi sığortanı həyata keçirmədən əvvəl bütün dünyanın təcrübəsini öyrənilib: “Problemlərin olması ilə razıyam. Amma ilbəil problemlər azalacaq”.