Yağış yağacaq - XƏBƏRDARLIQ

  • 2020.11.26 15:04
  • 1480 Baxış
Yağış yağacaq -  XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən verilən məlumata görə, noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.