Yağlı airfryer qabları üçün sadə təmizləmə hiyləsi

  • 2026.07.30 15:28
  • 101 Baxış
Yağlı airfryer qabları üçün sadə təmizləmə hiyləsi

Airfryer istifadəçilərinin əsas problemlərindən biri cihazın qabında yaranan yağ qalıqları və xoşagəlməz qoxulardır.

Medicina.az xəbər verir ki, müntəzəm təmizləmə cihazın daha uzunömürlü olmasına və yeməklərin keyfiyyətli hazırlanmasına kömək edir.

Yayılmış üsullardan birinə görə, qabyuyan maşın tableti ilə airfryer qabındakı çətin çıxan yağ və çöküntüləri təmizləmək mümkündür. Bunun üçün qaba isti su əlavə edilir, tablet əridilir və bir müddət saxlanılır.

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, təmizləmə zamanı cihaz elektrikdən ayrılmalı, yalnız çıxarılan hissələr yuyulmalı və sonradan bütün səthlər bol su ilə yaxalanmalıdır. Yapışmayan örtüyü qorumaq üçün sərt və aşındırıcı vasitələrdən istifadə etmək məsləhət görülmür.

Xanım,
Medcina.az