Türkiyənin teatr və kino aktyoru Sezai Aydın vəfat edib.
Medicina.az -ın “CNN Türk”ə istinadən veridiyi xəbərə görə, 69 yaşlı aktyor koronavirusdan müalicə alırdı.
S.Aydın 1952-ci ildə Ankarada anadan olub. O, teatr səhnəsində çıxış etməklə yanaşı bir sıra seriallarda da çəkilib. Bundan başqa Al Paçino və Robert de Niro kimi aktyorları türk dilində səsləndirib.