Yandırılmış peçenye üstündə qətl ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərindəki Popeyes restoranında baş verib.
“Medicina” xəbər verir ki, 22 yaşlı restoran işçisi Rodni Vud həmkarı ilə mübahisə edib. Qətl isə binanın qarşısındakı avtomobil dayanacağında baş verib.
Rodni silahını çıxarıb və iş yoldaşına bir neçə dəfə atəş açaraq onu öldürüb.
Daha sonra dindirmə zamanı atəş açan şəxs bildirib ki, guya o, yalnız özünü müdafiə edib.
Rodni həmçinin bildirib ki, öldürülən həmkarı ilə çox uzun müddətdir konfliktdə olub. Həmin gündə mübahisə və sonrakı faciə yandırılmış peçenye üzündən baş verib.
Aygün Musayeva