İstilərin gündəlik həyatı çox çətinləşdirdiyi Yaponiyada iyunun 16-dan 22-dək olan həftə ərzində ən azı 18 nəfərin isti vurması nəticəsində həyatını itirdiyi bildirilir.
Medicina.az xəbər verir ki, qlobal istiləşmə bütün dünyanı məhv etməkdə davam edir.
Xüsusən də yay aylarında istilərdən çox insan həyatını itirir, gündəlik həyat yaşanmaz hala gəlir.
Yaponiya da istilərdən təsirlənən ölkələrdən biridir.
Yaponiya Yanğın və Fəlakət İdarəetmə Agentliyinin məlumatlarına görə, 16-22 iyun tarixləri arasında 18 nəfər isti vurması nəticəsində həyatını itirib, 8603 nəfər isə xəstəxanaya yerləşdirilib.
Mütəxəssislər temperatur artımlarının iyun ayının sonuna qədər davam edəcəyi barədə xəbərdarlıq edərək, isti vurma riskinə qarşı diqqətli olmağa çağırıblar.
Aygün
Medicina.az