Yaponlara Yeni il günü meydana toplaşmaq qadağan edildi

  • 28 Dek 2021 15:04
  • 253 Baxış
Yaponlara Yeni il günü meydana toplaşmaq  qadağan edildi
Yaponların Yeni ili qarşıladığı məşhur məkana toplaşmaq qadağan edildi

Yaponiyanın paytaxtı Tokioda Yeni il öncəsi Sibuya dəmiryol stansiyasının qarşısındakı kəsişmədə təşkil edilən ənənəvi geri sayma mərasiminin keçirilməsi qadağan edilib.

Qadağa haqqında qərar koronovirusla mübarizə çərçivəsində qəbul edilib.


Məşhur Sibuya qovşağına gəlməmək çağırışları sosial şəbəkələr üzərindən də təbliğ edilir.

Eyni zamanda Yeni il ərəfəsində Sibuya qovşağı ərazisinə polis qüvvələrinin cəlb edilməsi də nəzərdə tutulur.

Artıq məlumat verilib ki, dekabrın 31-i saat 23:00-da sözügedən qovşağının ərazisində olan 13 nəhəng ekran söndürüləcək.