Yas məclisində zəhərlənənlərin son durumu

  • 2026.07.13 11:42
  • 108 Baxış
Yas məclisində zəhərlənənlərin son durumu

Gəncədə yas məclisində zəhərlənərək xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıblar.

Medicina.az -ın xəbərinə görə, TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 12-də saat 18:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.