Yaşa görə yoluxma statistikası

  • 2021.09.07 16:50
  • 2081 Baxış
Yaşa görə yoluxma  statistikası
Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb

Medicina.az xəbər verir ki, bu barədə "koronavirusinfo.az"da məlumat yayılıb.

Yoluxanların 21 %-i 30-39 yaş, 18 %-i 50-59 yaş, 16 %-i 20-29 yaş, 15 %-i 40-49 və 60-69 yaş, 6 %-i 10-19 yaş, 4 %-i 70-79 yaş, 3 %-i 0-9 yaş qrupları, 2 %-ini isə 80 yaşdan yuxarı olan şəxslər təşkil edib.

Yoluxanların 51 %-ni qadınlar, 49 %-ni isə kişilərdir.