Vüqar Süleymanov 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Səudiyyə Ərəbistanına göndərilən ilk azərbaycanlı həkimlərdəndir. O, hal-hazırda Əl-Cübeyl şəhərindəki xəstəxanaların birində şöbə müdiri kimi çalışır və tibb sahəsindəki yüksək ixtisası, peşəkarlığı ilə seçilir.
Medicina.az xəbər verir ki, elmi fəaliyyətə xüsusi önəm verən həkim Vüqar Süleymanov 2002-ci ildə elmlər namizədi, 2017-ci ildə isə elmlər doktoru elmi dərəcəsi alıb. Soydaşımız Böyük Britaniya, Kanada, Fransa və ABŞ kimi ölkələrdə təhsil alıb, bu ölkələrin cərrahiyyə sahəsindəki təcrübələrinə yiyələnib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Səudiyyə Ərəbistanında azərbaycanlı həkim, tibb elmləri doktoru Vüqar Süleymanovla görüşüb, Komitənin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramı üçün müsahibə alıblar.