Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yaşat" fonduna nə qədər pul toplanıb?

  • 2021.01.08 14:31
  • 2705 Baxış
"Yaşat" fonduna nə qədər pul toplanıb?


“Bu günə qədər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 24 804 936,86 manat cəmlənib”.

Medicina.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı keçirilən məlumat konfransında bildirib.

O qeyd edib ki, ianələrdan 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib”.