“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədən həkimlər gətirildi - FOTOLAR-VİDEO

  • 23 Fev 2021 16:58
  • 328 Baxış
“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədən həkimlər gətirildi -   FOTOLAR-VİDEO

“YAŞAT” Fondunun dəstəyi, Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyədən həkim heyəti ölkəmizə gətirilib.

Medicina.az xəbər verir ki, heyətin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

Türkiyəli yüksək ixtisaslı həkimlər 3 gün ərzində Vətən müharibəsində ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsini həyata keçirəcəklər. Ağır yaralı olan qazilərimizin həkim rəyi əsasında xaricə göndərilməsi də Fond tərəfindən təmin ediləcək.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.