Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşı 45-dən yuxarı olanlara bu vaksin vurulacaq

  • 2021.05.11 15:29
  • 1766 Baxış
Yaşı 45-dən yuxarı olanlara bu vaksin vurulacaq


Gürcüstanda yaşı 45-dən çox olan vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyasında “AstraZeneca” vaksinindən istifadə ediləcək.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Bu vaxta qədər ölkədə sözügedən vaksinin yalnız 55 yaşdan yuxarı şəxslərdə tətbiqinə icazə verilirdi.

Qeyd edək ki, Gürcüstanda martın 15-də başlanan vaksinasiya çərçivəsində “Pfizer”, “AstraZeneca”, “Sinopharm” vaksinlərindən istifadə olunur.