Yaşlı insan qəhvə içdikdə - 3 xəstəlikdən qoruyur

  • 2024.04.08 15:39
  • 435 Baxış
Yaşlı insan qəhvə içdikdə  - 3 xəstəlikdən qoruyur

Yaşlılara, hətta ahıllara təbii qəhvə içmək faydalıdır.


“Medicina” xəbər verir ki, Moskvanın baş geriatrı Nadejda Runixina qəhvənin yaşlı beyinə yaxşı təsir göstərdiyini deyib.


“Təbii qəhvə koqnitiv funksiyaları yaxşılaşdırır. Kofein Alsheymer və Parkinsonun inkişafına mane ola bilir.


Eləcə də son elmi işlər göstərir ki, qəhvə bədxassəli şişlərə qarşı da təsirlidir.

Əgər qəhvə içdikdən sonra ürə döyüntüsü, əsmə və başgicəllənmə yaranarsa, deməli, kofein dozası aşılıb.


Qəhvə arterial təzyiqi qaldırır, amma təzyiqi normal olan yaşlılar içə bilər.
Qəhvə diqqəti, yaddaşı qoruyur
Qaraciyərə faydalıdır.

Hüceyrələri sərbəst radikallardan təmizləyir
Gündə 2 fincan yaxşı qəhvə Parkinson xəstəliyi riskini azaldır.
Qəbizliyi aradan qaldırır.

Yapon alimləri qəhvənin bir neçə xərçəng növünün profilaktikasında təsirli olduğunu sübut ediblər.

Qəhvədə olan polifenollar antixərçəng təsirə malikdir.

Çünki xərçəng sərbəst radikalların DNT-ni zədələməsindən başlayır”.

Aygün