Yastığının altına telefon qoyanları - nə gözləyir?

  • 2025.09.03 17:13
  • 84 Baxış
Yastığının altına telefon qoyanları   - nə gözləyir?


Gecə yatana kimi telefona baxıb, sonra da yuxu tutanda yastığın altına qoyub səhərə qədər yatmaq düşünüldüyü kimi təhlükəsiz deyil.

"Medicina" xəbər verir ki, artıq mütəxəssis və həkimlər bu vərdişin sağlamlığa zərərli olması barədə xəbərdar edir.


Rusiya Texnologiya Universitetinin baş müəllimi Qleb Derevlev işlək vəziyyətdə smartfonun istilik dalğası yaydığını təsdiq edib.


"Smartfonlar iş rejimində və enerji yığanda yastığın altında istilik yayılması pozulur ki, bu da cihazın daha çox qızmasına səbəb olur.

Nəticədə, qısaqapanma nəticəsində yarana biləcək alışma riski artır, xüsusən də cihaz bu zaman şarj olursa. Aşağı keyfiyyətli cihazlar və kabellərdən istifadə etdikdə, risklər daha da artır.


"İsinmə və alışma ilə yanaşı, başqa bir risk də var. Müasir smartfonlar yapışqanla yığılır ki, bu da isinmə zamanı yumşalır, ona görə də telefonun ekranı və ya daxili hissəsi asanlıqla qopa bilər".

ÜST mobil cihazların yaratdığı radiotezlik sahələrini mümkün kanserogenlər kateqoriyasına aid edir. Xərçənglə birbaşa əlaqə sübut edilməyib, lakin məlumdur ki, başın yaxınlığında elektromaqnit şüalanmasına uzun müddət məruz qalma nəzəri olaraq hüceyrə prosesləri və toxuma termorequlyasiyasına mənfi təsir göstərə bilər.

"Telefonu gecə saatlarında uçuş rejiminə keçirmək və ya simsiz modulları - mobil rabitəni, Wi-Fi, Bluetooth, NFC və geolokasiyanı söndürmək tövsiyə olunur. Gecə saatlarında bu funksiyaların söndürülməsi akkumulyatorun yükünü və həddindən artıq qızma riskini azaldır".

Aygün M