Yata bilməyənlər bu meyvəni yesin

  • 2024.03.11 21:34
  • 1049 Baxış
Yata bilməyənlər bu meyvəni yesin


Yatmazdan əvvəl yemək üçün ən faydalı meyvə kividir.

“Medicina” xəbər verir ki, alimlər onda serotonin olduğunu bildirib.
Məhz kivi tam yuxu tsiklini bərpa edə bilər.

Yuxugətirici təsirə malik meyvələrdən biri də kividir.

Alimlər 4 həftə davam edən tədqiqatda onlarla yuxu pozuntusundan əziyyət çəkən insan üzərində təcrübə aparılıb.

İştirakçılar hər gün yuxudan 1 saat qabaq 2 kivi yeyiblər.
İkinci qrup isə axşam yeməyindən tam imtina edib.

Nəticələr göstərib ki, kivi yuxugətirici təsirə malikdir.

Tədqiqatın sonunda iştirakçıların 42%-i daha tez yatıb. Gecələr oyanmadan tam yuxu almaq effekti də 10% artıb, yuxunun ümumi müddəti isə 13% artıb.

Kivinin belə pozitiv təsiri onun təkibində beyinə yaxşı təsir edən serotoninin olmasıdır.

Eləcə də kivi C vitamini ilə zəngindir.

Aygün Musayeva