Yatanda çılpaq yatın – Həkimlər geyimsiz yatmağı məsləhət görür

  • 2020.02.14 17:45
  • 5318 Baxış
Yatanda çılpaq yatın –  Həkimlər geyimsiz yatmağı məsləhət görür

Yatanda da gecə köynəyi, rahat geyimlə yatmaq vərdişi insan sağlamlığına zərərdir.


Medicina.az xəbər verir ki, alimlər yataqda lüt yatmağın səhərə kimi orqanizmin gücünü bərpa etməsinə kömək etdiyini bildirir.

Belə ki, insan yatanda bədən temperaturu onsuz da enir, orqanizm xüsusi rejimə keçir, geyimdə yatmaq bu təbii termotənzimləməyə mane olur və bədənin lazımsız dərəcədə isinməsinə səbəb olur.

Eləcə də geyimli yatmaq yuxunun keyfiyyətini azaldır, yuxuda beyin və bədənin rahatlanmasının, gücün bərpa olunmasının qarşısını alır.

Əsas məsələ döşəklə insanın üzərindəki yorğan arasında əlavə geyim qatının olmamasına çalışmaqdır.

Çox geyim geyinəndə insan gec yuxuya gedir, tez-tez oyanır, istilənir, damarlar, əzələlər sıxılır, bədən gərginliyini ata bilmir.

Əgər çılpaq yata bilmirsizsə, o zaman gecə geyiminiz ipəkdən və gen olmalıdır.