Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yataq otağında telefon işığına baxanlar kökəlir

  • 2025.07.14 23:07
  • 82 Baxış
Yataq otağında telefon işığına baxanlar kökəlir


Yataq otağından işığın olması insanlarda piy yığılması və kökəlməyə səbəb olur.

“Medicina” xəbər verir ki, alimlər yataq otağında işıqlandırmanın olmasının çəki artımı ilə birbaşa əlaqəsini müəyyən ediblər. Həddindən artıq işıqlı yataq otaqlarında yatan qadınların bədən kütlə indeksinin daha yüksək olduğu, həmçinin bel ətrafının genişləndiyi müşahidə olunub.

London Xərçəng Tədqiqatları İnstitutunun həkimləri 113 min qadını cəlb etdikləri araşdırmanın yekununda bu nəticəyə gəliblər.

“Yataq otağı çox işıqlı olanda, insanda çəki artımını tətikləyən yuxu tsiklinin pozulması halı baş verə bilər. İşıq sönsə belə, hər şeyin göründüyü otaqlarda yatan qadınların da kökəlmə riski var”.

Həkimlər izah edirlər ki, çoxlu süni işıq insanın əhval-ruhiyyəsini, fiziki gücünü, hətta yeməyin həzm prosesini dəyişir, həmçinin yuxu hormonu olan melatoninin istehsalını gecikdirir. Mütəxəssislərin fikrincə, gecə vaxtı işıqlandırılan obyektlər təhlükəli ola bilər, çünki onlar hormonal pozğunluqları təhdid edir və bu, təkcə yuxu rejimində deyil, həm də qidalanma və maddələr mübadiləsində pozulmalara da səbəb olur.

Buna görə də gecə bütün işıqları söndürmək daha faydalıdır. Əgər küçədən işıq düşürsə, pəncərəyə qalın, tünd parçadan pərdələr çəkin.

Eləcə də yataq otağında telefonun mavi işığına çox baxmaq da yuxu tsiklini pozur. Telefondan yayılan dalğa da mənfi təsir edir. Bir çox alim və həkimlər yataq otağında telefon saxlamırlar.

Aygün Musayeva