Yuxu maskasından istifadə bəzi insanlarda alın və gicgah nahiyəsində sızanaqların yaranmasına səbəb ola bilər.
Medicina.az “Top santé”yə istinadla xəbər verir ki, bunun əsas səbəbləri maskanın dəri ilə sürtünməsi, istilik və təri saxlaması, eləcə də kifayət qədər tez-tez yuyulmamasıdır.
Bildirilib ki, xüsusilə yağlı və sızanağa meyilli dərisi olan insanlarda maska məsamələrin tıxanmasına və "mexaniki akne"nin yaranmasına şərait yarada bilər.
Riski azaltmaq üçün ipək və ya yumşaq pambıqdan hazırlanmış maskalara üstünlük verilməsi, onların hər 2–3 istifadədən bir yuyulması, yatmazdan əvvəl üzün təmizlənməsi və məsamələri tıxamayan dəriyə qulluq vasitələrindən istifadə olunması tövsiyə edilir.
Dermatoloqlar qeyd edirlər ki, sızanaqlar davam edərsə, bir neçə gecə maskadan istifadəni dayandırmaq və ya fərqli materialdan hazırlanmış maskaya keçmək faydalı ola bilər.
Xanım,
Medicina.az