Lavandanın tərkibindəki bəzi maddələr sinir sistemini sakitləşdirərək rahatlamağa və yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.
Medicina.az xəbər verir ki, lavandanın yuxusuzluğun müalicəsi olduğu hələ tam sübut edilməyib. Yatmazdan əvvəl otaqda qurudulmuş lavanda saxlamaq və ya lavanda qoxusundan istifadə etmək rahatlaşdırıcı təsir göstərə bilər.
Qeyd edək ki, efir yağlarını çox istifadə etmək və uşaqların yaxınlığında saxlamaq məsləhət görülmür.
Xanım,
Medicina.az