Yay başlayandan 29 nəfəri gün vurub

  • 2021.07.12 14:19
  • 2041 Baxış
Yay başlayandan 29 nəfəri gün vurub
Yay mövsümü başlayandan bu günə qədər günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 29 nəfər müraciət edib.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 10-u hospitalizasiya edilib, 19-na yerində yardım göstərilib.

Müraciət edənlərdən 8 nəfəri uşaq olub, onlardan 3-nə yerində yardım edilib. 21 böyükdən isə 7 nəfərinə yerində yardım edilib.

Qeyd olunub ki, ötən həftə ərzində günvurma ilə əlaqədar 1 nəfər müraciət edib.