Yay pomidorlarının dadını qışa saxlamağın sadə yolu

  • 2026.08.12 14:30
  • 94 Baxış
Yay pomidorlarının dadını qışa saxlamağın sadə yolu

Yay aylarında daha dadlı və şirəli olan pomidorları qış aylarında da istifadə etmək mümkündür. Bunun üçün onları düzgün şəkildə dondurmaq kifayətdir.

Medicina.az xəbər verir ki, yaxşı yetişmiş pomidorlar əvvəlcə yuyulmalı, saplaqları çıxarılmalı və tam qurudulmalıdır. Daha sonra pomidorlar bir-birinə toxunmayacaq şəkildə dondurucuya qoyulmalı və bir neçə saat saxlanmalıdır.

Pomidorlar donduqdan sonra 5-6 ədəd olmaqla hava keçirməyən paketlərə yerləşdirilə bilər. Paketi bağlamazdan əvvəl mümkün qədər havasını çıxarmaq məsləhətdir.

-18°C temperaturda pomidorları təxminən 6-12 ay saxlamaq mümkündür. Lakin ən yaxşı dad üçün onların 6-8 ay ərzində istifadə edilməsi tövsiyə olunur.

Dondurulmuş pomidorun teksturası dəyişərək daha yumşaq və xəmirvari ola bilər. Buna görə də onları salatlarda çiy istifadə etməkdənsə, sous, şorba, pomidor püresi və ratatuyada istifadə etmək daha uyğundur.

Pomidorun dondurulması onun minerallarını, lifini və antioksidantlarını əsasən qoruyur. Bununla belə, C vitamininin miqdarı bir qədər azala bilər.

Xanım,
Medicina.az