Yay salatlarının üzərinə əlavə edilən hazır souslar qaraciyər üçün düşündüyümüz qədər faydalı olmaya bilər.
Medicina.az xəbər verir ki, xüsusilə sənaye üsulu ilə hazırlanan salat souslarında olan gizli şəkər və fruktoza uzun müddət həddindən artıq qəbul edildikdə qaraciyərdə yağlanma riskini artıra bilər.
Mütəxəssislər hazır sousların əvəzinə zeytun yağı, limon suyu və ya alma sirkəsi, az miqdarda xardal və sarımsaqla evdə sadə sous hazırlamağı tövsiyə edirlər.
Həmçinin “light” və “yağsız” yazılan sousların mütləq daha sağlam olmadığı, bəzi məhsullarda yağın əvəzinə şəkər və duzun artırıla bildiyi vurğulanır.
Xanım,
Medicina.az