Yay aylarında açıq havada yemək yeyərkən arılar tez-tez süfrəyə toplaşır.
Medicina.az xəbər verir ki, onları uzaqlaşdırmaq üçün sadə üsullardan biri qəhvə çöküntüsündən (telvədən) istifadə etməkdir.
Belə ki, quru qəhvə telvəsini kiçik qaba tökərək masanın üzərinə qoymaq və ya tam quruduqdan sonra ehtiyatla tüstüləndirmək arıları narahat edən qoxu yaradır. Bu üsul həşəratları öldürmür, sadəcə onları süfrədən uzaq saxlamağa kömək edir.
Bundan əlavə, şirin içkilərin və yeməklərin üstünü örtmək, tökülən şirin mayeləri dərhal silmək, zibil qabını bağlı saxlamaq və arıları qovmaq üçün qəfil hərəkətlər etməmək də tövsiyə olunur.
Xanım,
Medicina.az