Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda bu qidaları yeməyin - Professor

  • 2025.06.27 22:47
  • 82 Baxış
Yayda bu qidaları yeməyin -  Professor

Medicina.az yayda yeyilməməli olan qidaları təqdim edir:

Məşhur neyrocərrah Prof.Dr.Vlad Ciurea yay aylarının gəlişi ilə isti havalarda qidalanma vərdişlərinə diqqət çəkib. Həkim xüsusilə ağır və yağlı yeməklərdən uzaq durmaq lazım olduğu barədə xəbərdarlıq edib.

Professor Ciurea, "Orqanizm onsuz da güclü termal stresə məruz qalır. Mədəni yük kimi yoran qidalar koronar damar və beyin işemiyası riskini artıra bilər", - deyib.



Ciurea, salatlara və kiçik porslara üstünlük verməyi tövsiyə edir:

“Həddindən artıq yağlı, qızardılmış, işlənmiş qidalar və enerji içkiləri bədənin soyutma mexanizmini yorur. Bunun əvəzinə bol su içilməli, təzə meyvə və tərəvəzlərdən ibarət yüngül yeməklərə üstünlük verilməlidir”.

Sağlamlığın qorunmasının təkcə yediyimiz şeylə deyil, həm də “necə və nə vaxt su içdiyimizlə” birbaşa əlaqəli olduğunu vurğulayan Ciurea, əlavə edib ki, yayda ən vacib tədbir “sıx maye qəbulu”dur.

Aygün
Medicina.az