Kardioloq isti havalarda bəzi insanlarda soyuq duş səbəbiylə infarkt riski barədə xəbərdarlıq edib.
“Medicina” xəbər verir ki, soyuq duş ürək-damar xəstəlikləri üçün son dərəcə təhlükəli ola bilər. Bunu kardioloq, terapevt, tibb elmləri namizədi Andrey Kondraxin deyib.
Onun sözlərinə görə, soyuq su ilə sərinləşməyə tədricən yanaşmaq lazımdır. Əks təqdirdə xəstələnə bilərsiniz.
Həmçinin, kəskin temperatur dəyişikliyi ilə bədəndə adrenalin buraxılır ki, daha tez isinsin. Bu təhlükəlidir, çünki qan təzyiqini artırır və ə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sağlamlığının pisləşməsinə səbəb ola, infarkt keçirə bilər.
Həkim əlavə etdi ki, sərinləşmə çox diqqətlə aparılmalıdır.
Aygün Musayeva