Yayda soyuq duşun orqanizmə fəsadları - Bu xəstələrə olmaz

  • 10 İyn 2021 17:11
  • 870 Baxış
Yayda soyuq duşun orqanizmə fəsadları -  Bu xəstələrə olmaz
Yayda sərinləmək üçün soyuq duş qəbul etmək bir çox xəstəlikləri kəskinləşdirir.

Medicina.az xəbər verir ki, rusiyalı terapevt Aleksey Xuxrev yalnız tam sağlam adamların soyuq duş qəbul edə biləcəklərini açıqlayıb.

Əgər insanın şəkərli diabet, təzyiq, ürək-damar problemi varsa, qəfil soyuq suyun təsiri damarların spazmına səbəb olacaq, bu da ürək, beyin xəstəliklərini aktivləşdirir.

Eləcə də azyaşlı uşaqların, hamilə qadınların soyuq duş alması yolverilməzdir.