Yayda tər egzama yarada bilər – Zinət əşyaları və saatlara diqqət

  • 2026.08.10 17:15
  • 113 Baxış
Yayda tər egzama yarada bilər – Zinət əşyaları və saatlara diqqət

Yay aylarında artan temperatur və tərləmə bəzi insanlarda dəridə egzama və qıcıqlanmaya səbəb ola bilər.

Medicina.az xəbər verir ki, mütəxəssislər xüsusilə üzük, boyunbağı və saat kimi aksessuarların bu problemi daha da artırdığını bildiriblər.

Tərin tərkibindəki duzlar və turş mühit bəzi metalların, xüsusilə də nikelin dəridə allergik reaksiya yaratmasına səbəb ola bilər. Bu zaman dəridə qızartı, qaşınma və səpkilər meydana çıxır.

Dəri problemlərinin qarşısını almaq üçün yay aylarında zinət əşyalarını mütəmadi təmizləmək, isti havalarda uzun müddət taxmamaq və dərinin nəfəs almasına imkan vermək tövsiyə olunur. Həmçinin kosmetik vasitələri çəkdikdən sonra bir müddət gözləmək və daha az allergiya yaradan materiallardan istifadə etmək məsləhətdir.

Xanım, Medicina.az