Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda vaksin vurdurmaq olar? - Rus həkimdən AÇIQLAMA

  • 2021.05.28 23:59
  • 3053 Baxış
Yayda vaksin vurdurmaq olar? -  Rus həkimdən AÇIQLAMA


Yay tətili mövsümündən əvvəl koronavirusa qarşı peyvənd vurdurmaq daha məqsədəuyğundur.

Medicina.az xəbər verir ki, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok “Sputnik” radiosuna müsahibəsində deyib.

Mütəxəssis qeyd edib ki, yayda insanlar davamlı hərəkət edir, böyüklər istirahətə gedir, uşaqlar yay tətilinə çıxır. Bu, ünsiyyətdə olma sayını artırır.

“Hər hansı bir səfərdə sizin və yaxın ətrafınızın mümkün koronavirus infeksiyasından qorunacağından əmin olmaq üçün təxirə salınmadan dərhal peyvənd vurdurmanız daha yaxşıdır”, - deyə o bildirib.