Yaz avitaminozuna qarşı necə qalib gəlməli?

  • 2024.03.28 13:31
  • 577 Baxış
Yaz avitaminozuna qarşı necə qalib gəlməli?

Yazda bədən, orqanizm tükənmiş və avitaminoz vəziyyətində olur. Bəs qısa müddətdə necə özümüzü qaydaya salaq?


“Medicina” xəbər verir ki, terapevt Oksana Drapkina qidalanmanə dəyişməyi vacib sayır:


“Rasiona gündəlik tələbat miqdarında təzə meyvə, tərəvəz, göyərti, ət, balıq, yumurta daxil edin .

Yazda adətən A, D, E, B qrup və K vitaminləri defisiti yaşanır.


A vitamini – balıq yağı, qaraciyəri, mal qaraciyəri, yumurta,kərə yağı, bibər, kök, pomidor, balqabaq, qırmızı və narıncı meyvə-tərəvəzdə bol olur.

B qrup vitaminlərinin əsas mənbəyi – daha çox heyvani qidalardır.

Eləcə də mayada, buğdada, taxıl, qoz, çərəz, ispanaq, kartof, kələm, yumurta. Balıq, ət və qaraciyərdə boldur.

D vitamini yağlı balıq, yumurta sarısı, tuns qaraciyəri, süd və süd məhsullarında, tam taxıldan çörəkdə və Günəş işığında var.

E vitramini – toxumlarda, buğdada, cəfəridə, günəbaxan tumlarında, yumurta, itbuynu, giləmeyvələr və kələm növlərində var.

Yaz gələn kimi gün ərzində təmiz maye qəbulunu artırın, yüngül idman, fiziki hərəkət, qaçış və gəzintiyə başlayın.

Eləcə də axşam 10-da artıq yuxuya getməyə çalışın.
Lazım olan minerallar isə: dəmir, sink, maqniy, kalsiumdur”.

Aygün M