Yazın ən faydalı meyvəsi

  • 2024.04.05 18:00
  • 649 Baxış
Yazın ən faydalı meyvəsi
Yaz aylarının ən faydalı meyvələrindən biri hesab edilən qara tutun faydaları saysız-hesabsızdır.

Keçmişdən bu günə qədər bir çox xəstəliyin müalicəsi üçün istifadə edilən qara tut meyvəsi immunitet sisteminin ən böyük dəstəkçilərindən biridir.

Medicina.az xəbər verir ki, dietoloq Esra Şahin tərkibində xolesterin olmayan bu meyvənin faydalarını açıqlayıb:

- Sürətli arıqlamağı təmin edir. 100 qramında cəmi 44 kalori olan qara tut, aşağı kalorili olması ilə yay meyvələri arasında seçilir.

- Bu meyvədə şəkər az olduğu üçün qan şəkərinin sabit qalmasını təmin edir.

- Tərkibindəki yüksək liflə qəbizliyin qarşısını alır və həzm sisteminin sağlam işləməsini dəstəkləyir.

- 100 qram qara tutda təxminən 10 milliqram C vitamini var. Vitamin C “Covid-19” da daxil olmaqla, bir çox virusdan qorunmaq üçün ən vacib silahlarımızdan biridir.

- Qara tut şəkər xəstəliyinin qarşısını alır, qan azlığını müalicə edir.

- Tərkibindəki C vitamini və dəmir yorğunluğu aradan qaldırır, dərini yumşaq və parlaq edir. Qara tuta bənövşəyi-qara rəng verən flavonoidlər qocalma əleyhinədir.

- Qara tut tərkibindəki kalsiumla ağız və diş sağlamlığının qorunmasında mühüm rol oynayır.

- Tərkibindəki antioksidant sayəsində xərçəngin qarşısını alır. Qara tut orqanizmi bir çox xərçəng növü riskindən qoruyur və mövcud xəstəliklərin sağalmasına kömək edir.

- Güclü antioksidant xüsusiyyətləri və damarlarımızı bağlaya bilən sərbəst radikallarla mübarizə qabiliyyəti sayəsində qan bədənimizdə asanlıqla dövr etmək imkanına malik olur. Beləliklə, xolesterolu aradan qaldırır və ürək sağlamlığını qoruyur.

Qara tutun tərkibində xolesterol yoxdur. Çoxlu lif ehtiva edir. Həmçinin tərkibində şəkər azdır. Bütün bunlara görə, qanda yağların əmələ gəlməsinin qarşısını alır.

Tərkibindəki A, B, C, E və K vitaminləri sayəsində qanda xolesterinin səviyyəsini tənzimləyir, təzyiqi tarazlaşdırır və laxtalanmanın qarşısını alır. Beləliklə, infarkt və insult kimi ciddi ürək-damar xəstəliklərindən qoruyur.


Aysel