Evdə lahmacunu necə hazırlamalı – RESEPT

  • 10 Avqust, 2019
  • 47868 Baxış
Evdə lahmacunu necə hazırlamalı – RESEPT
Lahmacun türksayağı açıq qutabdır desək yanılmarıq. Amma acılı olması, dadı, xırçıltılı olması lahmacunu çox insanların sevimli təamına çevirib.

Nədənsə çox xanımlar evdə lahmacunun alınmayacağını düşünür, amma elə deyil, bu çox asandır. 

Medicina.az lahmacunun evdə asan hazırlanması qaydasını təqdim edir.

Lazımdır:

Mal əti farşı – 200 qr
Qoyun əti farşı – 100 qr
Soğan -1 ədəd
Şirin bibər – 1 ədəd
Acı bibər -1 ədəd

Pomidor -1 ədəd
Yaşıl soğan -1 dəstə
Sarımsaq – 1 diş
Tomat pastası – 1 x.q
Zeytun yağı -2 x.q
Cəfəri – üzəri üçün
Duz, istiot

Xəmir üçün:

Un – 280 qr
Quru maya – 5 qr
Şəkər tozu -1 ç.q
Duz – 1 ç.q
Zeytun yağı – 3 x.q
Su – 130 ml

Hazırlanması:

Xəmir yoğrulur, kündələnib 1,5 saatlıq gəlməyə qoyulur.
Bütün tərəvəzlər çox xırda doğranılır və ya mətbəx kombaynından keçirilir. 

Mal əti ilə qoyun farşı qarışdırılır, duz, istiot vurulur, tərəvəz qarışımı, tomat, ədviyyatlar qatılıb yaxşıca qarışdırılır. 
Xəmir 8 bərabər kündəyə bölünərək yumrulanır. 

Hər kündə nazik, 2 mm qalınlıqda yayılır, sanki nazik pizza xəmiri kimi. 
Soba üçün formanı yağla, yayılmış xəmiri ora sər, üzərinə 2 xörək qaşığı içlik qoyub yay. 
Lahmacun 230 dərədəcə 10 dəqiqə bişirilir. 

Qalan kündələri də belə bişir. 
Süfrəyə verəndə limon və cəfəri ilə verilir.