Südlü makaron resepti - DADINA DOYMAQ OLMUR

  • 2019.08.01 16:53
  • 11304 Baxış
Südlü makaron resepti  - DADINA DOYMAQ OLMUR
 Hər zaman süfrənizdə yenilklər etməyə tələsin. Həm damaq dadınızı, həm də vərdiş etdiyiniz yemək görüntülərini dəyişin. Medicina.az möhtəşəm südlü makaron resepti təqdim edir. Bu yeməyə ailə üzvləriniz və qonaqlarınınız heyran qalacaq
Ərzaqlar:

 

 
 • Bir paket makaron (istədyiniz növdən)  • 1 stəkan süd  • 3 yemək qaşığı kərə yağı  • 200 qram kərə yağı  • 1 çay qaşığı qara istiot  • 1 çay qaşığı duz  • 2 stəkan su  • 2 yemək qaşığı zeytun yağı
Hazırlanma qaydası:

 

 


Su, zeytun yağı və duz bir qazana tökün. Su qaynayana kimi gözləyin. Qaynayandan sonra makaronları əlavə edin. Çalışın makaronlar diri qalsın. Çox qaynatmayın, təxminən 5-6 dəqiqə kifayət edər.  Suyunu süzüb kənara qoyun. Tavanın içinə kərə yağı, süd və holland pendirini qoyub, makaronu əlavə edin. Makaron südü yaxşıca canına çəkənə kimi qarışdırın. Südü çəkiləndə dadlı yeməyiniz hazırdır.  Ardınca duz,istiotu da əlavə edin ocaqdan götürün. İsti-isti süfrəyə verin. Nuş olsun!