Vərəmlə mübarizə ili - Azərbaycanda Vərəm üzrə laboratoriyalar artırılır

  • 2018.01.26 16:02
  • 22169 Baxış
Vərəmlə mübarizə ili -  Azərbaycanda  Vərəm üzrə laboratoriyalar artırılır
 Medicina.az Səhiyyə Nazlirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki,  ÜST və tərəfdaşlarının tövsiyyələrinə əsaslanaraq Vərəmin erkən aşkarlanması, Çoxsaylı (ÇDD) və Geniş Saylı Dərmana Davamlı (GDD) Vərəmlə mübarizədə fəaliyyət planı həyata keçirmək, erkən diaqnostikasını gücləndirmək məqsədilə Vərəm laboratoriyalarının potensialının inkişafı, laborator şəbəkənin yaradılmasını təmin etmək prioritet məqsədlərdən biridir.



Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Vərəm proqramı vərəmin aşkarlanması üçün ilk addım olaraq, bəlğəmin və hər hansı bir patolojı materialının bakteriolojı müayinəsidir. Bu müayinələr ÜST tərəfindən tövsiyyə etdiyi alqoritmlər əsasında aparılır. Qeyd etmək lazımdır ki, vərəmin diagnostikası və müalicəyə nəzarət üçün müxtəlif alqoritmlər mövcuddur. Bəlğəmin mikrobioloji müayinələrinin tövsiyyə olunan ardıcıllığı GeneXpert/Rif müayinəsinin aparılması, mikroskopik müayinə,  HAİN müayinəsi, MGİT- sulu gidalı mühit və Lİ- bərk qidalı mühitdə bəlğəmin əkilməsi və Dərmanlara Həssaslıq Testinin aparılmasından ibarətdir. 



Azərbaycanda Milli Vərəm laboratoriya şəbəkəsi – Elmi–Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində yerləşən Milli İstinad Laboratoriyasından (MİL), beş Regional Laboratoriyadan (RL) və mülki sektorda fəaliyyət göstərən 68 mikroskopik laboratoriyadan ibarətdir. Buna əlavə olaraq, penitensiar sektorda da İstinad Laboratoriyası (İL) mövcuddur. MİL və penitensiar sektorda İL-a keyfiyyət nəzarəti Almaniyada (Borstel) yerləşən Supramilli Referens Laboratoriya (SRL) tərəfindən təmin olunur (Research Center Borstel - Leibniz-Center for Medicine and Biosciences). 2010-ci ildən 2017-cı ilə qədər Milli İstinad Laboratoriyası Almanıyanın Milli Referens laboratoriyası tərəfindən bütün aparılan müayinə metodlarına görə sertifikat alınmışdır.



Bakı şəhərində və regionlarda olan vərəm əleyhinə müəssisələrdən bəlğəm nümunələrinin və hər hansı bir bioloji materialın Milli Referens Laboratoriyasına (MRL) və Regional Laboratoriyalara (RL) dərin və hərtərəfli müayinə üçün mütamadı olaraq çatdırılması təmin olunur.



Milli diaqnostik alqoritmə uyğun olaraq, vərəm diaqnozu birbaşa, sürətli genotipik- Xpert MTB/RIF testi ilə qoyulur. Bu müayinə nəticəsində qısa zamanda (1,5-2 saat) Vərəm Mikobakteriyası (VMB) aşkar olunur və davamlılığı təstiq edən Rifampisinə (RİF) həssaslıq təyin olunur. VMB aşkar olundugu halda (RİF həssas, davamlı ), xəstənin yoluxuçuluğunun intensivliyini yoxlamaq məqsədi ilə bəlgəmin mikroskopiyası olunur. Line Probe Assay, HAIN testi (MTBDRpl və MTBDRsl) vasitəsi ilə 1-ci sıra- Rifampisinə (RİF) və 9İzoniazidə (İNH) və 2-ci sıra- Flüorxinolonlara (FXN) və İkinci Sıra İnyeksion Preparatlara (İSİP) həssaslıq təyin olunur. Sulu (MGİT) və bərk (Levenşteyn-Yensen – L-Y) qidalı mühitlərdə fenotipik müayinə - əkmə və 1-ci və 2-ci sıra Dərmanlara Həssaslıq Test (DHT) müayinələri aparılır.



MİL-sı və Penitensiar sektorun İL-sı yaxmanın mikroskopiyasını, fenotipik müayinə - əkmə və DHT müayinələri (L-Y və MGIT), həmçinin 1-ci və 2-ci sıra DHT-nə dair Xpert MBT/RIF və HAIN kimi sürətli test sistemlərində genotipik müayinələr həyata keçirir.


 

Regional laboratoriyalar bir sıra fəaliyyətləri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında – Xpert MBT/RIF, yaxmanın mikroskopiyasını, sulu və bərk qidalı mühitlərdə əkmə(L-Y və MGIT) , 1-ci sıra VDV üçün DHT müayinələri, Gəncədə- Xpert MBT/RIF, yaxmanın mikroskopiyasını, L-Y mühitində əkmə, HAİN- testi,  Masallıda – Xpert MBT/RIF, yaxmanın mikroskopiyasını, L-Y mühitində əkmə, Qubada – Xpert MBT/RIF, yaxmanın mikroskopiyasını, L-Y mühitində əkmə, Zaqatalada - Xpert MBT/RIF, yaxmanın mikroskopiyasını, L-Y mühitində əkmə fəaliyyətləri həyata keçirilir. 


 


Gələcəkdə Regional Laboratoriyaların iş funksiyalarını artıraraq həmin laboratoriyalara fenotipik üsulla sulu qidalı mühitdə (Bactek MGİT 320 aparatı) əkmə və ilk mərhələdə birinci sıra dərmanlara həssaslıq testi aparılması nəzərdə tutulmuşdur. Almaniyada (Borstel şəhərində) yerləşən Supra- Milli İstinad Laboratoriyası ölkənin laboratoriya şəbəkəsi üzrə monitorinq aparır və keyfiyyətə zəmanəti təstiqləyir.


 


"2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"-nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2017-ci il üçün Fəaliyyət Planı hazırlamış və müvəffəqiyyət ilə icra etmişdir. Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlərdən biri də vərəm xəstəliyinin profilaktikasının, erkən diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması. Vərəmin diaqnostikasının yaxşılaşdırılması məqsədi ilə vərəm əleyhinə müəssisələrdə müasir laboratoriya avadanlığına olan təlabatın hazırlanması və Vərəm əleyhinə müəssisələrin laborator avadanlıqla təchizatı həyata keçirilmişdir.



Global Fond tərəfindən Sumgayıt Vərəm Əleyhinə Xəstəxanası, GeneXpert apparatı ilə təchiz olunub. Qubada və Zaqatalada II səviyyəli Regional Laboratoriyalar da GeneXpert aparatları ilə təchiz olunublar. Həmçinin Xaçmaz, Lənkəran, Sabirabad, Şəki Vərəm Əleyhinə Xəstəxanalar üçün GeneXpert aparatları alınıb və təchiz olunub. Regional Laboratoriyalar (RL) üçün MGİT-320-3 ədəd, MGİT-960-1 ədəd alınıb (Gəncə, Quba, Zaqatala,Masallı). Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən mikrobioloji laboratoriyaların zəruri reaktiv və ləvazimatlarla təchiz edilməsi məqsədi ilə illik sifarişlərin hazırlanması və sifarişə əsasən mikrobioloji laboratoriyaların reaktiv və ləvazimatlarla təchiz olunması həyata keçirilmişdir. Laboratoriya avadanlıqlarının texniki xidmət planların hazırlanması və Plana uyğun olaraq Referens Laboratoriyasına, Quba, Masallı, Zaqatala, Naxçıvan regional laboratoriyalarına texniki xidmətin göstərilməsi təmin olunmuşdur. Laboratoriyaların havalandırma sisteminə baxış keçirilərək təlabata uyğun sifarişlərin hazırlanması və laboratoriyaların havalandırma sistemlərinin hazırlanmış sifarişə uyğun olaraq təmiri və yenilənməsi keçirilmişdir.


 

ÜST-nın tövsiyyəsəsinə əsasən Milli İstinad Laboratoriyası Beynəlxalq akreditiasiyaya qoşulmuşdur(İSO-2013).Hazırda laboratoriya birinci mərhələni keçmişdir. Bu istoqamətdə işlər davam edir.