Yeni araşdırma qadınlarla bağlı inanılmaz gerçəyi üzə çıxardı

  • 2024.04.15 16:10
  • 634 Baxış
Yeni araşdırma qadınlarla bağlı  inanılmaz gerçəyi üzə çıxardı
Araşdırmalar qadınların kişilərdən daha pis yuxu rejiminə və keyfiyyətinə malik olduğunu göstərir. Təəccüblüsü isə odur ki, elm adamları bunu qadınların bədən saatlarının təxminən altı dəqiqə daha sürətli işləməsi ilə əlaqədar olduğunu düşünürlər.

Medicina.az xəbər verir ki, Harvard, Stanford və Sauthempton universitetlərindən olan qadınlardan ibarət ekspertlər qrupu, kişilər və qadınlar arasında mövcud olan və indiyə kimi səbəbi başa düşülməyən “yuxu əskikliyi” ilə bağlı son on ildə dərc edilmiş onlarla akademik məqaləni nəzərdən keçirib.

Nəticələr göstərib ki, qadınlar yuxusuzluqdan demək olar ki, 60 faiz daha çox əziyyət çəkirlər. Onlar yuxu keyfiyyətini kişilərdən daha aşağı qiymətləndirir və tez-tez pis gecələr keçirdiklərindən şikayətlənirlər.

Təcrübələr həyatın ritmini təyin edən sirkadiyalı ritm baxımından cinslər arasında fərqlərin olduğunu ortaya qoyur. Bədən ətraf mühitin siqnallarına cavab verir, yuxuya hazırlaşmaq üçün gözlərimizi yummadan bir neçə saat əvvəl temperaturumuzu aşağı salır. Bədən bizi yuxuya göndərməyə kömək etmək üçün daha çox melatonin hormonu ifraz edir. Yeni araşdırmalar, melatoninin qadınlarda kişilərə nisbətən daha tez ifraz olunduğunu aşkar edib. Bədən istiliyi də buna uyğun olaraq qadınlarda 6 dəqiqə daha erkən zirvəyə çatır.

Araşdırmada iştirak edən Dr. Renski Lok bildirir ki, bu 6 dəqiqəlik fərq kiçik olsa da, əhəmiyyətlidir:

"Mərkəzi bədən saatı ilə yuxu/oyanma dövrü arasında uyğunsuzluq qadınlarda kişilərə nisbətən təxminən beş dəfə çoxdur. Təsəvvür edin ki, kiminsə saatı davamlı olaraq altı dəqiqə tez və ya yavaş işləyir. Günlər, həftələr və aylar ərzində bu fərq daxili saat ilə xarici siqnallar arasında görünən uyğunsuzluğa səbəb ola bilər".


Qeyd edək ki, araşdırma “Sleep Medicine Reviews” jurnalında dərc olunub.


Aysel