Azərbaycanda Covid 19 pasportu belə olacaq - FOTO

  • 2021.05.25 18:52
  • 2217 Baxış
Azərbaycanda Covid 19 pasportu belə olacaq  - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov COVID-19 pasportlarından biri olan vaksin sertifikatının şəklini öz tvitter səhifəsində paylaşıb.

“Pandemiyaya qalib gəlməyin və normal həyata mümkün qədər tez qayıtmağın yeganə yolu peyvənddir!”, - o yazıb.

Qeyd edək ki, COVID-19 pasportunun iki növü var. Bunlardan biri “COVID-19 vaksin sertifikatı”, digəri isə “COVID-19 immunitet sertifikatı”dır: “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir