Yeni HİV peyvəndinin sınaqlarına başlanıldı

  • 2023.09.25 16:07
  • 1207 Baxış
Yeni HİV peyvəndinin sınaqlarına  başlanıldı
QİÇS (SPİD) xəstəliyi İnsan İmmun çatışmazlığına qarşı Yeni daha effektiv profilaktik vaksinin insanlar üzərində kliniki sınaqlarına başlanılıb.

"Medicina" xəbər verir ki, Faza 1 tədqiqatları Afrikada həyata keçirilir.

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin Milli Sağlamlıq İnstitutunun (NIH) verdiyi açıqlamaya görə, "VIR-1388" vaksini insanlarda HİV-ə qarşı immunitet təmin edəcək.


Cənubi Afrikada İİV daşıyıcısı olmayan 95 könüllü ilə aparılacaq.


Faza-1 mərhələsinin ilk nəticələrinin 2024-cü ilin sonunda alınacağı gözlənilir.


Cənubi Afrika dünyada HİV-ə yoluxma hallarının ən çox olduğu ölkədir.


Ölkədə təxminən 7,7 milyon HİV daşıyıcısı var.

Aygün Musayeva