Yeni Klinikada angioplastika əməliyyatı icra olundu

  • 2024.02.16 16:10
  • 850 Baxış
Yeni Klinikada angioplastika əməliyyatı   icra olundu

Yeni Klinikada riskli angioplastika (ürək damarlarının stentlənməsi) əməliyyatı uğurla icra edilib.



"Medicina" xəbər verir ki, 1988-ci ildə Fallo tetradası (anadangəlmə ürək qüsuru) səbəbindən açıq ürək əməliyyatı olunmuş pasiyentdə yenidən koronar arteriya xəstəliyi aşkar edilib.



Klinikanın kardioloq və kardiocərrahlarının birgə konsiliumu ilə angioplastika (ürək damarlarının stentlənməsi) əməliyyatının icrasına qərar verilib.


Ana koronar arteriyadakı darlıq həkim-kardioloq Şahanə Ələsgərli və həkim-kardioloq Gülay Məmmədova tərəfindən xüsusi bifurkasiyada invaziv müdaxilə texnikası ilə aradan qaldırılıb.



Öz sağlamlığına qovuşan pasiyent amulator müalicə üçün evə yazılıb.

Aygün Musayeva