Yeni Klinikanin direktor müavini konqres təşkil etdi - FOTO

  • 2026.07.03 12:02
  • 283 Baxış
Yeni Klinikanin direktor müavini konqres təşkil etdi -  FOTO

"Məhz bu konqress üçün Bakıya gələn, "Azərbaycanın adı çəkilirsə, türkdilli ölkələrin adı çəkilirsə, mən orada olmalıyam" deyərək bizə xəbər göndərən Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə naziri, hörmətli doktor Hakan Dinçyürəyə təşəkkürümü bildirmək istəyirəm".

Medicina.az xəbər verir ki, bunu Yeni klinikanin direktor muavini Ravil Tağıyev Beynəlxalq Səhiyyə Menecmenti konqresində deyib:

"On beş il Türkiyədə yaşamışam. Anadolu insanını çox yaxşı tanıyıram. Anadolu insanı yüz ildən artıqdır ki, hər çətin gündə bizim yanımızda olub. Əvvəl də, sonra da.

44 günlük Vətən müharibəsi zamanı da, müharibədən sonra da...

Müharibə başa çatdıqdan sonra Ali Baş Komandanımız, cənab İlham Əliyevin dediyi bir söz var idi:

"Türkiyə bu 44 gün ərzində bizim yanımızda oldu və mənəvi dəstəyini əsirgəmədi", deyə bildirib.




Aygün Musayeva
Medicina.az